ŞAH İSMAYIL XƏTAİNİN ƏLYAZMALARI NƏŞR OLUNACAQDIR
Həmin əlyazmalardan biri Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan “Divanı-Xətai” əsəridir. 86 vərəqlik əlyazmaya 12 qəsidə, 248 qəzəl və 1 rübai daxildir.
Şairin nəşr etdirilməsi nəzərdə tutulan ikinci əsəri Parisin Milli Kitabxanasındakı türkcə əlyazmasıdır. 64 vərəqdən ibarət bu əlyazmada 205 qəzəl vardır.
Əlyazmaların surətləri artıq fonda gətirilmişdir. Onların nəşri 2005-ci ilin əvvəllərinə planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]