Şahbuz rayonunda prospekt və küçələr dezinfeksiya edilib
Şahbuz, 14 iyul, AZƏRTAC
Şahbuz rayonunda yayılan yoluxucu xəstəliklərin qarşısını almaq üçün dezinfeksiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu tədbirlərin davamı olaraq Şahbuz şəhərindəki Heydər Əliyev prospekti, 28 May, Bakı, Nizami, Rəşid Behbudov küçələrində dezinfeksiya tədbirləri aparılıb.
Aparılan tədbirlər rayonun daha çox istifadə edilən mərkəzi bazar və avtovağzal binasını da əhatə edib. Ümumilikdə, gün ərzində 240 min kvadratmetrə yaxın ərazidə dezinfeksiya tədbirləri aparılıb.