Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şahdəniz” – regionun enerji xəritəsini dəyişən layihə

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan ən qədim neft istehsal edən ölkədir və neft sənayesinin bütün tarixi boyu dünyanı enerji resursları ilə təmin edib.

Ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra onun enerji təchizatı coğrafiyası nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənib. Nəticə etibarilə, ölkə 20 ildən artıqdır ki, təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir.

XXI əsrdə isə Azərbaycanın enerji sənayesi nəhəng “Şahdəniz” yatağında aşkar olunmuş təbii qaz ehtiyatları sayəsində sürətli inkişafına davam edib.

“Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 25 il bundan əvvəl, 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.

“Şahdəniz” üzrə HPBS-nin imzalanması və “Şahdəniz” perspektiv sahəsində böyük bir qaz kondensat yatağının aşkar edilməsi Azərbaycan iqtisadiyyatına irihəcmli xarici investisiyaların yönəldilməsinə səbəb oldu. “Şahdəniz” yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması ölkəni qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açdı. Bu yaxınlarda istifadəyə verilən Cənub Qaz Dəhlizi (CQD) sayəsində isə Azərbaycanın enerji ehtiyatları ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çıxdı. Bu, ölkənin Avropaya irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaratdı.

“Şahdəniz” üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanıb, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılıb. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator - 28,8 faiz), TPAO (19 faiz), “Petronas” (15,5 faiz), AzŞD (10 faiz), “LUKoil” (10 faiz), “Nico” (10 faiz) və Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz).

“Şahdəniz” yatağının kəşfi

Yataq 1999-cu ildə kəşf edilib. “Şahdəniz”Bakıdan təqribən 70 kilometr cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.

“Şahdəniz” 140 kvadrat kilometrdən çox sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.

1997-2001-ci illər ərzində “Şahdəniz” strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları dünya səviyyəli qaz kondensat yatağının olduğunu təsdiq etdi.

“Şahdəniz” yatağının işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında “Şahdəniz” üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə razılıq verdi. Həmin mərhələdə apstrim və midstrim infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən bir platformanın və onu Səngəçal terminalına birləşdirəcək boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası nəzərdə tutulurdu.

2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri “Şahdəniz” Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.

“Şahdəniz-2” üzrə quyuların 8-i hazırda istismardadır

Yatağın işlənməsinin növbəti mərhələsi, yəni “Şahdəniz-2”, 2013-cü ildə təsdiqləndi. “Şahdəniz-2” dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada BP şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.

Dənizdə “Şahdəniz-2” layihəsi 26 sualtı quyu, 500 kilometr sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 kilometr boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün 3 yeni kompressiya obyektləri inşa edilib.

Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə “Şahdəniz” yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat təşkil edəcək.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur. Hazırda layihə əsas diqqəti sualtı tikinti işlərinə və yeni cinahları işə salmaq üçün quyu proqramına yönəldərək hasilatı ən yüksək sabit səviyyəyə çatdırmaq istiqamətində irəliləyir. Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb. Bu quyulardan 8-i hazırda istismardadır və daha 5-i dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.

“Şahdəniz” yatağında hasilat maksimuma çatdıqda, Cənub Qaz Dəhlizi boyu yerləşən paytaxt şəhərlərdən hər birinin ehtiyaclarını iki dəfədən artıq ödəmək üçün kifayət qədər təbii qaz təmin edəcək.

Cənub Qaz Dəhlizinin işə düşməsi ilə “Şahdəniz” Avropaya yeni böyük enerji həcmlərini çatdırmağa başlayaraq qitənin enerji mənbələrini daha da şaxələndirib və enerji keçidi üçün vacib olacaq yeni təbii qaz tədarükünü təmin edib.

Yerli imkanların genişləndirilməsi

“Şahdəniz” yatağının işlənməsi bir çox sahələrdə yerli potensialın və texnoloji imkanların artmasına təkan verib. “Şahdəniz-2” üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələri təkmilləşdirilmiş, o cümlədən Bayıl zavodunun platforma tikinti imkanlarını genişləndirilib və “BOS Shelf” müəssisəsinin yeni sualtı konstruksiyalar inşa etmək imkanları inkişaf etdirilib. “Şahdəniz-2” dəniz platformalarının istehsalı ilk dəfə tam olaraq yerli səviyyədə Azərbaycanın yerli resursları və imkanlarından istifadə edərək həyata keçirilib.

Layihə ölkənin dəniz gəmilərinin imkanlarının yaxşılaşdırılmasına da kömək edib. Layihə çərçivəsində istifadəyə verilmiş müasir "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq “Şahdəniz”də sualtı tikinti işlərini dəstəkləmək üçün inşa edilib.

“Şahdəniz” layihəsi hər iki mərhələsində tikinti və istismar əməliyyatları çərçivəsində regiondakı insanlar üçün əhəmiyyətli məşğulluq imkanları təmin edib. “Şahdəniz-1” layihəsinin işə salınmasında 5000-dən çox insan iştirak edib. “Şahdəniz-2” layihəsinin işlənməsinin pik həddində Azərbaycan və Gürcüstanda 30 mindən çox iş yeri yaradılıb və ümumi iş saatları 180 milyondan çox olub.

Tikinti və sonrakı istismar fəaliyyətini dəstəkləmək məqsədilə yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları təmin edilib.

“Şahdəniz” layihəsi çərçivəsində yerli təchizat strategiyası yerli müəssisələrin daha da inkişaf etməsini stimullaşdıraraq yüzlərlə Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan verib.

Layihə, həmçinin sosial inkişafı və iqtisadiyyatını gücləndirməkdə Azərbaycanı dəstəkləmək məqsədilə dayanıqlı inkişaf təşəbbüslərinin davam etdirilməsi üçün yeni imkanlar yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO