SAHİL KÜÇƏSİ ABADLAŞDIRILIR
Bu şose Sumqayıtı Abşeron rayonunun qəsəbələri vasitəsilə Bakı ilə birləşdirir. Yolun uzunluğu 12 kilometrdir.
İşin yarısı artıq görülmüşdür. Müasir texnologiyalardan istifadə yolu ilə asfalt döşənməsi davam etdirilir, magistralı ikitərəfli işıqlandıran güclü “Pelsan” fənərləri qoyulur.
Marşrut reyslərinin sərnişinləri üçün dayanacaq pavilyonlarının tikiləcəyi yerlər də müəyyənləşdirilmişdir.