Sahilyanı ərazilər təhlükə ilə üz-üzə
Bakı, 20 fevral, AZƏRTAC
Alimlər son 25 ildə dəniz səviyyəsində qlobal artımın sürətləndiyi barədə xəbərdarlıq ediblər. Bildirilib ki, bu, sahilyanı ərazilər üçün böyük problemlərə səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Kolorado, Cənubi Florida və Old Dominion universitetlərinin tədqiqatçıları 1992-ci ildən etibarən aparılan kosmik araşdırmaların nəticələrini açıqlayıblar. Tədqiqatlara görə, qlobal dəniz səviyyəsi 1990-cı illərdə ortalama 2,5 millimetr yüksəlirdisə, hazırda bu rəqəm 3,4 millimetrə bərabərdir.
Alimlər artım sürətinin belə davam edəcəyi halda əsrin sonunda ortalama dəniz səviyyəsinin bugünkündən 65 santimetr çox olacağını bildiriblər.
Tədqiqat zamanı qlobal istiləşmənin artım tempinə iki şəkildə təsir etdiyi vurğulanıb.
Qlobal istiləşmənin bir tərəfdən atmosferdə yağıntıların və dəniz suyunun buxarlanmasını, digər tərəfdən Antarktida və Qrenlandiyadakı nəhəng buz kütlələrinin əriməsini tezləşdirməsi suyun səviyyəsini artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]