Şahmatçımız Qədir Hüseynov İsraildə beynəlxalq turnirdə iştirak edir
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də İsrailin Aşdod şəhərində sürətli şahmat üzrə beynəlxalq turnir start götürüb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edir. Yarışda “A” və “B” qruplarında, ümumilikdə dünyanın tanınmış 12 zəka sahibi mübarizə aparır.
Turnirdə “A” qrupunda təmsilçimizlə yanaşı Dmitriy Yakovenko, Yan Nepomniyaşiy (hər ikisi Rusiya), Samuel Sevyan (ABŞ), Kiril Qeorgiev (Bolqarıstan), Boris Qelfand (İsrail), “B” qrupunda isə İlya Smirin, Emil Sutovski (hər ikisi İsrail), Vasiliy İvançuk, Pavel Elyanov (hər ikisi Ukrayna), Etyen Bakro (Fransa) və Riçard Rapport (Macarıstan) iştirak edirlər.
Turnir dairəvi sistem üzrə keçirilir və dekabrın 10-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]