ŞAİR ZƏLİMXAN YAQUBLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Universitetin rektoru Əhməd Vəliyev şairin yaradıcılığından, ictimai fəaliyyətindən danışmışdır. Sonra “Araz” teatr studiyasının aktyorları şairin şerləri əsasında hazırladıqları ədəbi-bədii tamaşa nümayiş etdirmişlər. Sonra şair Zəlimxan Yaqub şerlərini oxumuş, tələbə və müəllimlərin çoxsaylı suallarına cavab vermiş, sazda ifa etmişdir. O, tədbirin keçirilməsinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirmişdir.