Şalva Papuaşvili: Xarici donorlar Gürcüstandakı bəzi radikal qüvvələri gizli yolla maliyyələşdirirlər
Tbilisi, 4 aprel, AZƏRTAC
Xarici donorlar tərəfindən Gürcüstanda radikal qruplara, qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara gizli yolla verilən maliyyənin həcmi artıb. Radikal qüvvələrin xaricdən maliyyələşdiyindən hakimiyyət təsadüfən xəbər tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentin sədri Şalva Papuaşvili məlumat verib.
Ş. Papuaşvili deyib ki, xarici donorlarla danışıqlar aparılıb. Vaxtilə hər şeyin şəffaf olacağına söz verənlər, təəssüf ki, bu vədi yerinə yetirmədilər. Xarici maliyyələşmənin şəffaflaşması əvəzinə, əksinə, radikal qrupların və siyasi partiyaların gizli yolla maliyyələşməsini artırıblar.
Parlamentin sədri dediklərinə misal olaraq “Droa” partiyasını göstərib. Onun sözlərinə görə, onların xaricdən maliyyələşdiyindən hakimiyyət təsadüfən xəbər tutub.
Qeyd edək ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]