Salyan Rayon Prokurorluğu məlumat yayıb
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-si saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Salyan Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]