Salyanda tərəvəz sahələrindən 23 min tona yaxın məhsul yığılıb
Salyan, 26 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda tərəvəz bitkilərinin yığımı davam edir. Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr var. Fermerlər dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən yararlanaraq bol məhsul tədarük ediblər.
Salyan rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əkilən 1651,7 hektar tərəvəz sahələrindən 22 min 872,4 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1898,9 ton və ya 9,1 faiz çoxdur. Tərəvəz sahələrindən 20,3 ton yaşıl lobya, 3725,4 ton xiyar, 15 min 794,7 ton pomidor toplanılıb. Digər tərəvəz bitkilərinin məhsuluna gəldikdə isə baş sarımsaq 237,2 ton, baş soğan 397,3 ton, kələm 516,1 ton, bibər 1221,5 ton, badımcan 369,6 ton, sair tərəvəzlər 590,4 ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]