Salyanda tərəvəz sahələrindən 23 min tona yaxın məhsul yığılıb
Salyan, 26 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda tərəvəz bitkilərinin yığımı davam edir. Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr var. Fermerlər dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən yararlanaraq bol məhsul tədarük edib.
Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayonunda əkilən 1651,7 hektar tərəvəz sahələrindən 22872,4 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1898,9 ton və ya 9,1 faiz çox olub. Tərəvəz sahələrindən 20,3 ton yaşıl lobya, 3725,4 ton xiyar, 15794,7 ton pomidor toplanılıb.
Digər tərəvəz bitkilərinin məhsuluna gəldikdə isə baş sarımsaq 237,2 ton, baş soğan 397,3 ton, kələm 516,1 ton, bibər 1221,5 ton, badımcan 369,6 ton, sair tərəvəzlər 590,4 ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]