Salyanın meyvə bağlarından 600 tona yaxın məhsul yığılıb
Salyan, 22 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib. Bağbanlar dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan yararlanaraq ötən ilə nisbətən daha çox məhsul tədarük ediblər.
Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayonunda bu günədək 855,6 hektar meyvə və giləmeyvə bağlarından 594,2 ton məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 ton çox olub. Yığılan məhsulun 72,9 tonunu alma, 43,7 tonunu armud, 20,8 tonunu ərik, 42,7 tonunu albalı, 50,3 tonunu şaftalı, 43,8 tonunu gavalı, 112,2 tonunu alça, 18,9 tonunu gilas təşkil edib.
Həmçinin məhsul istehsalçıları 188,9 ton giləmeyvə toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]