Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxı WUF13 çərçivəsində xarici qonaqlara Azərbaycanın turizm zənginliyini nümayiş etdirəcək - REPORTAJ VİDEO

Şamaxı, 17 may, AZƏRTAC

Dağların qoynunda qərar tutan, səhərlərini duman, axşamlarını isə sərin meh ilə qarşılayan Şamaxı Azərbaycanın turizm xəritəsində xüsusi yer tutur. Füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi, zəngin tarixi irsi, kənd turizmi imkanları və sürətlə inkişaf edən hotelçilik infrastrukturu rayonu həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu bölgələrdən birinə çevirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxıya gələn hər bir qonaq burada yalnız istirahət etmir, həm də qədim tarixlə təbiətin harmoniyasını yaşayır. Şəhərin mərkəzində fəaliyyət göstərən müasir hotellərdən tutmuş ucqar dağ kəndlərində yerləşən komfortlu kənd evlərinədək yaradılan şərait turistlərə fərqli seçim imkanı təqdim edir. Rayonun qədim türbələri, tarixi memarlıq nümunələri, sıx meşələri, saf bulaqları, zəngin flora və faunası, gölləri və dağ mənzərələri bölgəni xüsusilə cazibədar edir.

Turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri təmiz havası və oksigen bolluğu ilə seçilən Pirqulu ərazisidir. Təbiətin qoynunda yaradılmış müasir istirahət mərkəzləri, komfortlu kotteclər və sakit atmosfer bölgəyə gələn qonaqların sayını ildən-ilə artırır. Xüsusilə yay mövsümündə Pirqulu ailəvi istirahət və ekoturizm üçün ən çox seçilən ünvanlardan hesab olunur.

Şamaxının turizm potensialını artıran əsas amillərdən biri də paytaxt Bakı ilə rayon arasında mövcud olan rahat və müasir avtomobil yoludur. Rayona qısa müddətdə çatmaq imkanı həm yerli, həm də xarici turistlərin bölgəyə marağını daha da artırır. Bununla yanaşı, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik və yüksək qonaqpərvərlik mühiti də ölkəmizə gələn qonaqların rahat və maneəsiz istirahət etməsinə geniş imkanlar açır.

İsmayıllı Regional Turizm İdarəsinin rəisi Günay Rzayeva AZƏRTAC-a bildirib ki, Şamaxı Azərbaycanın ən qədim və zəngin tarixə malik turizm istiqamətlərindən biridir. Onun sözlərinə görə, şəhər əsrlər boyu ölkənin elm, ədəbiyyat və mədəniyyət mərkəzlərindən biri olub və bu gün də tarixi-mədəni irsi ilə seçilir. “Şamaxı Cümə məscidi, Yeddi Günbəz türbələri və Dəmirçi kəndi kimi məkanlar turistlərin böyük marağına səbəb olur. Rayonun dağlıq relyefi, meşələri və saf iqlimi isə ekoturizm, kənd turizmi və macəra turizmi üçün geniş imkanlar açır. Son illərdə regionda turizm infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb, yerləşmə vasitələrinin, istirahət mərkəzlərinin və xidmət sahələrinin sayı artıb. Turistlərin rahat və təhlükəsiz istirahəti üçün müasir şərait yaradılıb, ailəvi istirahət, kənd həyatı ilə tanışlıq və milli mətbəx nümunələrinin təqdimatı genişləndirilib. Bildiyiniz kimi, ölkəmizdə keçirilən beynəlxalq və yerli tədbirlər, festivallar, mədəniyyət və idman layihələri regionlara turist axınının artmasına mühüm təsir göstərir. Xüsusilə Şamaxı kimi zəngin tarixi və təbii resurslara malik bölgələrdə təşkil olunan tədbirlər turistlərin marağını artırır”, – deyə idarə rəisi vurğulayıb.

Hazırda Şamaxı şəhəri və rayonun digər kənd-qəsəbələri ərazisində 40-a yaxın yerləşmə məkanı fəaliyyət göstərir. Bu məkanlar uyğun xidmətlər təqdim etməklə yanaşı, turistlərə yüksəksəviyyəli qonaqpərvərlik və komfortlu istirahət imkanları yaradır.

Bu günlərdə ölkəmizdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycana gələcək xarici qonaqların bölgələrə səfərləri də nəzərdə tutulur. Səfər proqramına daxil edilən istiqamətlərdən biri də Şamaxıdır. Rayon artıq qonaqları qəbul etməyə tam hazırdır.

Şamaxıdakı hotellərdən birinin rəhbəri Yunis Qurbanlı bildirib ki, qısa müddətdə münasib qiymət, yüksək xidmət və müasir yanaşma sayəsində həm ölkə daxilində, həm də bir sıra Avropa ölkələrində tanınmağa nail olublar. Onun sözlərinə görə, əsasən xarici turistlərin üz tutduğu hotellərdə müasir xidmət sistemi qurulub, geniş restoranlarda yerli və dünya mətbəxinin ləziz təamları təqdim edilir.

Təbiət qoynunda yerləşən istirahət mərkəzləri də bölgəyə gələcək qonaqları qarşılamağa hazırdır. Digər hotelin nümayəndəsi Məhərrəm Əliyev qeyd edib ki, fərqli konsepsiyada fəaliyyət göstərən istirahət mərkəzlərində həm kotteclərdən, həm də hotel xidmətlərindən yararlanmaq mümkündür. “Qonaqlar üçün hər cür şərait yaradılıb. Şamaxıya və Pirquluya üz tutan turistləri qarşılamağa hazırıq”, – deyə o bildirib.

Rayonun kəndlərində fəaliyyət göstərən günlük kirayə evlər də turistlərin diqqət mərkəzindədir. Nağaraxana kənd sakini Təhsin Hüseynovun sözlərinə görə, kənd evləri müxtəlif üslublarda turistlərə təqdim olunur. “Klassik və qədim üslubda tikilmiş kənd evləri, tam şəraitli villalar və müasir dizaynlı fərdi evlər qonaqlara seçim imkanı yaradır. Bu da istənilən büdcəyə uyğun istirahət etməyə şərait yaradır”, – deyə kənd sakini qeyd edib.

Bir sözlə, WUF13 iştirakçıları və digər turistlər Şamaxıya səfər etdikləri təqdirdə burada onları möhtəşəm təbiət mənzərələri, zəngin tarix, milli və dünya mətbəxinin nümunələri, qədim abidələr və unudulmaz istirahət gözləyir.

Müxbir- Rəşad Türkoğlu

Şamaxı WUF13 çərçivəsində xarici qonaqlara Azərbaycanın turizm zənginliyini nümayiş etdirəcək - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Formula 2: Birinci sıralama turunun qalibi bəlli olub - YENİLƏNİB

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb