Şamaxıda ağacəkmə aylığı keçirilir
Şamaxı, 2 dekabr (AZƏRTAC). Noyabrın ikinci ongünlüyündən başlayaraq Şamaxı şəhərində ağacəkmə aylığı keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, aylıq ərzində 15 min ağac əkilməsi nəzərdə tutulmuşdur. İndiyədək ondan 4 mini əkilmişdir. Ağac tingləri Bakı-Şamaxı-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində, habelə N.Nərimanov küçəsində əkilir. Əkində əsasən sərv, çinar, qovaq, akasiya tinglərindən istifadə olunur.
Şəhər sakinləri ağacəkmə aylığında yüksək fəallıqla çalışırlar. Hər gün bu kampaniyada orta hesabla 500-600 nəfər iştirak edir. Keçirilən iməciliklərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının, humanitar kollecin, diaqnostika mərkəzinin, şəhərdəki ümumtəhsil məktəblərinin kollektivləri yüksək fəallıq göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]