ŞAMAXIDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ SÜRƏTLƏNİR
85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının sədri Vahid Xanəliyev AZƏRTAC-a bildirmişdir ki, 7 bələdiyyədə 32 namizəd 7 yer uğrunda mübarizə aparacaqdır. Namizədlərdən 16 nəfəri müstəqildir, 16 nəfəri isə siyasi partiyaların üzvləridir. Hazırda namizədlərin vəkillərinin və səlahiyyətli nümayəndələrinin qeydiyyatı aparılır.
Seçkilər keçiriləcək 8 məntəqədə hazırlıq işləri təlimata tam cavab verir. Yeri gəlmişkən məntəqə seçki komissiyalarının üzvləri üçün seminarlar təşkil edilmiş, hər bir məntəqəyə təlimatlar paylanmış, təşviqat plakatları verilmişdir. Bütün məntəqələrdə qeydə alınmış namizədlərin tərcümeyi-halları, onlar barədə ətraflı məlumatlar vardır. Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi davam etdirilir.
Avqustun 7-dən etibarən namizədlərin təşviqat kampaniyası başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]