Şamaxıda yağan dolu nəticəsində təsərrüfatlara ciddi zərər dəyməyib – açıqlama
Şamaxı, 2 may, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisinə yağan güclü leysan xarakterli yağışlar, həmçinin dolu nəticəsində rayon sakinlərinin əmlak və təsərrüfatına ciddi zərər dəyməyib. Rayonun Bağırlı, Dağ Bağırlı, Çarhan kəndlərində bəzi həyətyanı sahələrin hasarlarına və yardımçı tikililərə ziyan dəyib. Hazırda rayon ərazisində ayrı-ayrı yerlərdə yağmurlu hava şəraiti fasilələrlə davam edir.