Samir Şərifov: Ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib
Bakı, 4 mart, Elvin Camalov, AZƏRTAC
2018-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 4-də Bakıda keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclasında komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2016-cı ildə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 7463 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici 33 min 273 nəfərə çatıb. Bu, 5 dəfəyədək artım deməkdir. Keçən il isə Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib.
Komissiyanın həmsədri qeyd edib ki, iki ölkə arasında hava əlaqələrinin genişləndirilməsi həm turizm, həm də biznes baxımından ölkələrimiz üçün əlverişli imkanlar yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]