SAN-SEBASTYAN FESTİVALININ BAŞ MÜKAFATI İRAN VƏ FRANSA FİLMLƏRİNƏ VERİLDİ
Festivalın baş mükafatı iranlı Bəhmən Qubadinin “Aypara” və fransız Martial Fujeronun “Oğlum” filmlərinə verilmişdir.
“Aypara” filminin uğuru kifayət qədər qanunauyğun olmuşdur. 2004-cü ildə Bəhmən Qubadi San-Sebastyanda “Tısbağalar da uçurlar” filminə görə mükafat almışdı. Qubadinin indiki filmi Səddam Hüseyn rejimi devrildikdən sonra konsert vermək üçün İrandan İraqa yola düşən bir qrup musiqiçidən bəhs edir.
Ana ilə 13 yaşlı oğlu arasında mürəkkəb münasibətlərdən bəhs edən “Oğlum” filmi isə tamaşaçılar tərəfindən çox soyuq qarşılanmışdır. Festivalın bağlanışında münsiflər heyətinin sədri, tanınmış fransız aktrisa Janna Moro “Oğlum” filmini qalib elan edəndə salondakılar bu xəbəri təəccüb nidaları və fitlə qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]