Sankt-Peterburqdakı diasporumuz Tehrandakı terror aktını pisləyib
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum Sankt-Peterburq və Leninqrad vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.
Diplomatik nümayəndəliklərə hücumun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]