“Santos”un azarkeşləri klub futbolçusunun maşınını yandırıblar
Bakı, 7 dekabr, AZƏRTAC
“Santos” futbol komandası Braziliya çempionatının yuxarı divizionunu tərk edəndən sonra klubun azarkeşləri komandanın hücumçusu Stiven Mendosanın avtomobilini yandırıblar. Bu barədə “O Globo” qəzetində deyilir.
Qeyd olunur ki, bu fakt futbolçuya qarşı etiraz deyil. Nəşr həmçinin bildirir ki, stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Təhlükəsizliyin gücləndirilməsi üçün helikopterlər və hərbi polis çağırılıb.
AZƏRTAC xəbər verir ki, cümə axşamına keçən gecə “Santos” klubu Braziliya çempionatının final turunda “ev” oyununda “Fortaleze” klubuna məğlub olub (1:2) və turnir cədvəlində 17-ci yerdə qərarlaşıb. Klub “xilasedici” 16-cı yerdən 1 xal geridə qalıb.
“Santos” Braziliya çempionatının yuxarı divizionunu ilk dəfədir tərk edir. 1912-ci ildə yaradılmış klub səkkiz dəfə milli çempionatın və üç dəfə Libertadores kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]