ŞAOLİN MONASTIRININ BAŞÇISI QƏDİM RESEPTLƏRİN SİRRİNİ AÇMIŞDIR
Bu sahədə Çin də istisna deyil, illah da ki, söz “ecazkar təsirli və əsrarəngiz” dərmanlardan, üstəlik məşhur Şaolin monastırının qədim reseptləri ilə hazırlanan dava-dərmandan düşəndə. Şaolin ən çox uşu döyüş sənəti ilə məşhurdur. XIII əsrdə burada əczaçılıq evi yaradılmışdır. XX əsrin 20-ci illərinin axırlarında yanğın əlyazmaların əksəriyyətini külə döndərmişdir. Sonralar sahiblər bütün reseptləri bərpa etmişlər. İki il əvvəl isə əczaçılıq evi yenidən açılmışdır.
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, monastırın başçısı Şi Yunsinin sözlərinə görə, “burada heç bir möcüzə yoxdur. Sadəcə olaraq, rahiblərin istifadə etdikləri dərmanlar adi təbii komponentlərdən ibarət idi”. Poetik adına baxmayaraq, “Qəlbi dirçəldən şorba”, əslində, çoxlarının düşündüyü kimi, “dirilik suyu” deyil, ürəyi qüvvətləndirən şərbətdir. “Dəmir güc həbləri”nə gəldikdə, rahiblərin davacatıdır – uşu ustaları ondan rəqibin zərbələrindən yaranan ağrı hisslərini götürmək üçün istifadə edirdilər.
Şi Yunsin deyir ki, “Şaolinin qədim reseptlərinin öyrənilməsi və tibb elminin müasir metodlarından istifadə edilməsi bəşəriyyətə çox fayda gətirər”.