Sarayevoda keçiriləcək gənclər arasında Avropa çempionatında ölkəmizi 14 cüdoçu təmsil edəcək
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 28-dən 29-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı 14 idmançı (8 oğlan, 6 qız) təmsil edəcək. Belə ki, oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.
Qızların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) iştirak edəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 306 idmançı mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]