Sarayevoda yaralı və xəstə heyvanlar üçün təcili yardım mərkəzi açılıb
Sarayevo, 26 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yaralı və xəstə heyvanlar üçün təcili yardım mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, müasir avadanlıqlarla təchiz olunan mərkəz Sarayevo kantonunda yaralı və ya xəstə heyvanlara xidmət göstərəcək. Bu mərkəzin pilot layihə çərçivəsində açıldığı, gələcəkdə bu kimi mərkəzlərin sayının artacağı bildirilib.
Mərkəz üçrəqəmli telefon nömrəsi ilə təmin olunacaq, buraya gətirilməsi mümkün olmayan heyvanlar üçün təcili yardım maşını veriləcək.
Qeyd edək ki, bu, Bosniya və Herseqovinada heyvanlar üçün istifadəyə verilən ilk təcili yardım mərkəzidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]