Sarayevonun ən hündür binasında Azərbaycanın Dövlət Bayrağı nümayiş olunub
Sarayevo, 28 sentyabr, AZƏRTAC
27 sentyabr - Anım Günü ilə əlaqədar Bosniya və Herseqovinanın ən hündür binasında Azərbaycanın Dövlət Bayrağı nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Sarayevo Biznes və Ticarət Mərkəzi"nin media fasadında Azərbaycan bayrağı və zəfər simvolu olan "Xarıbülbül" nümayiş etdirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]