Sarvar Otamuratov: Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara uyğundur
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara, ölkənin Seçki Məcəlləsinə uyğundur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində səsvermənin gedişini izləyən Özbəkistan parlamentinin deputatı Sarvar Otamuratov bildirib.
Sarvar Otamuratov deyib: “Biz ondan çox məntəqədə olduq və seçkilərin demokratik, şəffaf şəkildə keçirilməsinin şahidi olduq. Bütün məntəqələrdə müşahidəçilər var idi. Bizim olduğumuz bir çox məntəqələrdə veb-kameralar quraşdırılıb və səsvermə prosesi onlayn izlənilir. Biz seçicilərlə ünsiyyətdə olduq və onlar hər şeydən razı olduqlarını bildirdilər. Ümid edirəm ki, seçkilər başa çatana qədər də heç bir qanun pozuntusu baş verməyəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]