SATILAN İSTEHLAK MALLARININ HƏCMİ 12,5 FAİZ ARTMIŞDIR
Cari ilin yanvar-iyul aylarında ölkənin pərakəndə ticarət və iaşə şəbəkəsində əhaliyə 3.163,6 milyon manatlıq istehlak malları satılmışdır. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 12,5 faiz artıqdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, istehlak mallarının 17,6 faizi hüquqi şəxslərin, 34,9 faizi fiziki şəxslərin ticarət obyektlərində, 36,2 faizi ərzaq, əşya və qarışıq mallar yarmarkalarında, 11,3 faizi isə kənd təsərrüfatı məhsulları bazarlarında satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]