Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şavarş Koçaryanın növbəti qələti

Bakı, 6 noyabr (AZƏRTAC). Ermənistan XİN başçısının müavini Şavarş Koçaryan bu yaxınlarda “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyan heç bir beynəlxalq təşkilat yoxdur” deməklə özünün tamamilə kəmsavad olmasını yenidən bütün dünyaya nümayiş etdirmişdir.

Bununla əlaqədar bilmək istərdik, görəsən, onun fikrincə, belə bir təşkilat kimi, məsələn, BMT Təhlükəsizlik Şurası yarayarmı və amöblər infuzoriyalar üzrə keçmiş mütəxəssisi bu qurumun qətnamələri qane edərmi? Əgər belədirsə, onda bu başabəla “diplomat” həmin qətnamələrdə Dağlıq Qarabağın hansı qisimdə göstərilməsinə bir qədər diqqətlə baxsın. Həmin beynəlxalq qurumun ali orqanı bu ərazini 1993-cü ildə məhz “The Nagorno-Karabakh region of the Azerbaijani Republic” qismində tanımışdır və indiyə qədər belə tanıyır. Sual olunur: əgər Dağlıq Qarabağın “Azərbaycanın ərazi bütövlüyü məsələsinə heç bir aidiyyəti yoxdursa”, onda nə üçün BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı yalnız Azərbaycanın regionu kimi xatırladır? Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlətin hamısı dörd dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə səs vermişdir.

İkincisi, Koçaryanın təmsil etdiyi idarə bununla lovğalanmağı xoşlayır ki, həmin qətnamələrdə Ermənistanın adı çəkilmir və yalnız “yerli erməni qüvvələr” haqqında söhbət gedir. Əcəba, hansı “yerli” ermənilərdən söhbət gedir? Bəlkə Kəlbəcərdən, ya Ağdamdan və ya Zəngilandan olan ermənilər nəzərdə tutulur? Axı qətnamələrdə məhz həmin rayonlara müdaxilə edilməsindən bəhs olunur. Lakin orada heç vaxt öz rayonlarına soxula biləcək “yerli ermənilər” olmamışdır. Aşkardır ki, “yerli erməni qüvvələri” dedikdə Dağlıq Qarabağ regionunun etnik erməniləri nəzərdə tutulur. Və əgər Koçaryanın hesab etdiyi kimi “dqr” hələ SSRİ dövründə öz müqəddəratını təyin etmişdisə və artıq müstəqil Azərbaycana onun heç bir aidiyyəti yox idisə, görəsən, Koçaryan fikirləşibmi ki, nə üçün BMT Təhlükəsizlik Şurası həmin qüvvələri “müstəqil DQR silahlı qüvvələri” adlandırmamış, tamamilə haqlı olaraq “yerli erməni qüvvələri” terminini seçmişdir? Hamısı ona görədir ki, Dağlıq Qarabağın, yəni qətnamələrin mətnlərində istifadə edilmiş terminologiyadan uzaqlaşmasaq, Dağlıq Qarabağ regionunun sakinlərini BMT Təhlükəsizlik Şurası Azərbaycan əhalisinin bir hissəsi hesab edirdi və bu gün də belə hesab edir, elə ona görə də bu sakinlər məhz “yerli ermənilər”, yəni Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan ərazisinin sakinləri adlandırılmışdır.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hamısında həm Dağlıq Qarabağın özü, həm də onun sakinləri Azərbaycan dövlətçiliyinin tərkib hissəsi kimi göstərilmişdir.

Davam edək. Avropa parlamentinə nə deyərsiniz? Bu qurum yetərincə nüfuzludur, yoxsa cənab Koçaryan onu da “fırıldaqxanalar” sırasına aid edəcəkdir? Əgər “yarayarsa”, onda Ermənistan XİN rəhbərinin müavininə Avropa Parlamentinin 20 may 2010-cu il tarixli “Cənubi Qafqazda Avropa İttifaqı strategiyasına zərurət” adlı qətnaməsini xatırladırıq. Bu sənəddə Cənubi Qafqazın bütün üç (!) dövlətinin ərazi bütövlüyünün dəstəklənməsi ifadə edilmiş, Dağlıq Qarabağ isə Azərbaycanın bir hissəsi kimi tanınmışdır. Halbuki əgər Koçaryanın sərsəm “Dağlıq Qarabağ hələ sovet dövründə öz müqəddəratını təyin etmişdi” fikri ilə və deməli, Dağlıq Qarabağın hələ o vaxtdan “Azərbaycanın ərazi bütövlüyünə onun heç bir aidiyyəti yoxdur” sözləri ilə razılaşsaq, onda Avropa parlamentinin qətnaməsində Cənubi Qafqazın bütün “üç dövləti” barədə deyil, dörd dövləti barədə söhbət gedərdi. Üstəlik, qətnamədə bütün “qaçqınların” yox, “məcburi köçkünlərin” (İDPs) Dağlıq Qarabağa qaytarılmasının tələb edilməsi faktı bir daha təsdiq edir ki, Avropa parlamenti Dağlıq Qarabağı məhz Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu qətnamənin ətraflı təhlili ilə tanış olmaq üçün bax: http://1news.az/politics/20100523064156785.html

2012-ci il aprelin 18-də elə həmin Avropa parlamenti daha iki qətnamə qəbul etmiş, bu sənədlərdə Dağlıq Qarabağ yenə Azərbaycanın tərkib hissəsi kimi tanınmışdır. Həmin sənədlərin ətraflı təhlili ilə tanış olmaq üçün bax: http://www.1news.az/analytics/20120425012833907.html və http://www.1news.az/analytics/20120425013357547.html.

Əlbəttə, bu siyahını davam etdirmək, İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatların qətnamələrini də xatırlatmaq olar. Ancaq bunun mənası yoxdur, çünki Ermənistan Xarici İşlər Nazirliyində açıq-aşkar olan şeyləri görmək istəmirlər. Buna görə də biz bir qədər başqa cür hərəkət etməyi və Şavarş Koçaryana onun ən az gözlədiyi tərəfdən sarsıdıcı zərbə endirməyi qərara aldıq. Əgər “dqr”-in Azərbaycanın ərazi bütövlüyünə heç bir aidiyyəti yoxdursa və “Arsax”ın öz müqəddəratını təyin etməsi uğurla baş tutmuş bir hadisə kimi keçmişdə qalmışdırsa, onda erməni diplomatlar Azərbaycanın ərazi bütövlüyü haqqında ifadələrin müxtəlif sənədlərə daxil edilməsinə nə üçün bu qədər canfəşanlıqla mane olmağa çalışır, dəridən-qabıqdan çıxırlar ki, həmin sənədlərə millətlərin təyini-müqəddərat hüququ barədə ifadələr daxil edilsin. Bu hədər səylərin mənasını öyrənmək olarmı? Bəlkə ona görədir ki, təyini-müqəddərat məsələsi Ermənistan tərəfin ürəyindən keçən şəkildə baş tutmamış və Qarabağı Azərbaycanın ərazi bütövlüyü konsepsiyasından kənara çıxarmaq mümkün olmamışdır?

Bu barədə fikirləşin, Koçaryan.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb