“Səbail” – “Neftçi” oyununda hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Premyer Liqanın VI turunun “Səbail” - “Neftçi” oyununda (1:3) hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb. Bu matçadək həm Kamran Ağayev, həm də Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə topu qapısında görmüşdü.
AZƏRTAC xəbər verir ki, “ASCO Arena”da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.
“Səbail”in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. K.Ağayev buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi A.Məmmədov isə 200-cü qolu 153-cü matçında buraxıb.
K.Ağayev və A.Məmmədovadək ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]