Səbail rayon kitabxanaları Dünya Turizm Gününə hazırlaşır
Bakı, 23 sentyabr (AZƏRTAC). Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 27 sentyabr - Dünya Turizm Günü münasibətilə silsilə tədbirlər keçiriləcəkdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu əlamətdar gün münasibətilə sentyabrın 27-də Səbail rayon MKS-in mərkəzi kitabxanasında “Bakı şəhərinin tarixi”, 3 nömrəli filialında “Dünya Turizm Günü” mövzusunda məruzə dinləniləcəkdir. MKS-nin 1 və 2 nömrəli filiallarında müvafiq olaraq “Doğma diyarımız”, “Şən səyahət” mövzularında sərgilər, 4 və 6 nömrəli filiallarında isə oxucularla müvafiq olaraq “Bibiheybət qəsəbəsi və onun tarixi” və “Dünya ölkələri” mövzularında söhbət aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]