Səbail rayonunda iş yoldaşını ehtiyatsızlıqdan öldürən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsindəki restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]