SEÇKİ GÜNÜ ÜÇÜN YADDAŞ KITABÇASI ÇAP EDİLİB
Nəşrdə bəzi seçki terminlərinin izahı, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılmasının prinsipləri, müşahidəçilərə qadağan olunan hərəkətlər, məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması və səsvermə qaydası, səslərin hesablanması, yekun protokollarının tərtib edilməsi və s. mövzularla bağlı ətraflı izahlar və məlumatlar verilmişdir.
Qeyd edək ki, “Müşahidəçilər üçün yaddaş kitabçası” Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları, Seçki Məcəlləsinin tətbiq edilməsi barədə müvafiq fərman, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamları, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanmışdır.
Müşahidəçilər bu yaddaş kitabşasını məntəqə seçki komissiyalarından əldə edə bilərlər.
Xatırladaq ki, yaddaş kitabçasının mətni Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (ABŞ) birgə işlənib hazırlanmışdır.