Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq
Bakı, 18 aprel, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv Andorra yığması ilə qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 17:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda 2-cidir. İlk pillədə 7 xalı olan Macarıstan yığması qərarlaşıb. Şimali Makedoniya 3 xalla 3-cü, Andorra isə 1 xalla sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]