Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhərsalma və tikinti fəaliyyətində yeni qaydalar optimallaşdırılmaya, şəffaflığa və vətəndaş məmnunluğuna yönəlib

Şəhərsalma və tikinti fəaliyyətində yeni qaydalar optimallaşdırılmaya, şəffaflığa və vətəndaş məmnunluğuna yönəlib

Bakı, 15 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən, dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat, habelə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət qüdrətli dövlət və yüksək rifah quruculuğunda ilk iki hədəf kimi müəyyən edilib.

İqtisadiyyatın bazis bilgiləri və təməl prinsipləri isə göstərir ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Azərbaycan Respublikası buna nail olmaq üçün iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasını vacib məqsəd olaraq müəyyən edib. Qeyri-neft sektorunda isə əsas hərəkətverici amillərdən biri tikinti sektorudur ki, o da yalnız iqtisadi sistemə deyil, həm də ölkənin sosial vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Qeyd edilənləri, habelə ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafını nəzərə alaraq tikinti-şəhərsalma sahəsində normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların isə ziddiyyətsizliyi zəruri şərtə çevrilmişdir. Məhz bu zərurət rəhbər tutularaq iyunun 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə tikinti-şəhərsalma sahəsində normativ bazanın təkmilləşdirilməsi ilə bağlı dəyişiklikləri və əlaqəli hüquqi aktların bu dəyişikliklərə uyğunlaşdırılmasını ehtiva edən yeni qaydalar qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, bu dəyişikliklər "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq normayaratma fəaliyyətinin əsas prinsiplərini rəhbər tutaraq dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi, habelə insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalətin təmin edilməsinə hesablanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Bildiyiniz kimi, Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, prinsipləri, eləcə də bu sahədə bütün subyektlərin hüquq və vəzifələrini aydın formada tənzim edən məcəllələşdirilmiş şəhərsalma və tikinti qanunvericiliyi mövcuddur. Lakin tikinti sektorunun dinamik inkişafı bu sahədə münasibətlərin xarakterini də zənginləşdirib və artıq mövcud qanunvericilik reallıqlardan geri qalır, münasibətlərin tənzimlənməsində sui-istifadələrə yol açan boşluqlar meydana çıxır. Beləliklə, mövcud situasiya dərhal normativ-administrativ müdaxiləni, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsini zərurətə çevirmişdir.

Digər tərəfdən, tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan müşahidə olunan yayınmalar subyektlərin özləri üçün də ciddi problemlərə yol açır, tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilirdi. Problemin məhz bu subyektlərdən qaynaqlanmasına baxmayaraq Prezident İlham Əliyev humanizm nümayiş etdirərək təhlükəsizlik tələblərinə ciddi riayət etməklə 2019-cu ildə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərmanla dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinələrin müsbət nəticələri əsasında 85 minədək mənzildən ibarət 408 çoxmənzilli yaşayış kompleksinin istismarına icazə verilmişdir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, iyunun 14-də imzalanan fərmanlar, xüsusən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman bu tendensiyanın davamı hesab olunmalıdır və növbəti addım olaraq, qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsinə yönəlib. Bu, başqa adla həm də Prezident İlham Əliyev tərəfindən verilən tikinti amnistiyası hesab edilə bilər, çünki normativ hüquqi aktla 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Bunun üçün isə yeganə şərt yükdaşıyan konstruksiyaların dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olması, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı, qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşməsi və torpaq sahəsi üzərində hüquqla bağlı mübahisə olmamasıdır.

Bəhruz Məhərrəmov bildirib ki, bu humanist addımın digər mühüm xüsusiyyəti Fərmanın universal xarakter daşımasıdır, yəni, sadələşdirilmiş icazə rejimi qeyd edilən göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur və prosesdən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinə müraciət edilməlidir.

Fərmanın digər mühüm elementi "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunun tələblərinə müvafiq olaraq normaları ifadə edilərkən həddindən artıq ümumiləşdirmələrə yol verilməməsi ilə bağlıdır, yəni, nəzarət həyata keçirilərkən bütün müayinə mərhələləri və eləcə də hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib.

“Habelə Fərmanla Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədlərinə nail olunmasının səmərəliliyinin artırılması, dövlətin və subyektlərin mənafelərinin təmin olunması prosesində şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu həm də milli prioritetlərimizin realizəsi istiqamətində mühüm mərhələlərdən biri olacaq, çünki aydındır ki, gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəyindən ölkəni rəqabətdə irəli aparmaq üçün innovativliyi və rəqəmsallaşmanı stimullaşdıran ekosistem qurulması şərtdir.

Fərmanda diqqət çəkən ən vacib məqamlardan biri nəzarət subyektlərinin dairəsinin konkretləşdirilməsidir. Daha dəqiq desək, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsi ipmerativ tələb kimi qoyulur və yerli icra hakimiyyəti başçılarına nəzarətin həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunması tapşırılır”, - deyə deputat diqqətə çatdırıb.

O qeyd edib ki, Fərmanın ən mühüm xüsusiyyətlərindən biri imperativliyin sanksiyalarla müşahidə olunmasıdır, yəni, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir, sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti müəyyən olunur. Həmçinin tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsində mövcud sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir.

“Dəyişikliyin ümumi mahiyyətinə gəldikdə tikintiyə icazə icraatının optimallaşdırılması, bununla bağlı şəffaflıq və vətəndaş məmnunluğunun təmin olunması, tikinti hüquq münasibətlərinin iştirakçılarının məsuliyyət hissinin yüksəldilməsi baxımdan zərurəti şübhə doğurmur və həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımların Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyətinin prinsiplərinə əməl olunması və bu sahədə dövlət siyasətinin daha səmərəli formada həyata keçirilməsində töhfəsini verəcəyi şübhə doğurmur”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb