İQTİSADİYYAT
ŞƏHID AILƏLƏRI VƏ ƏLILLƏR ÜÇÜN YAŞAYIŞ BINALARI TIKILIR
İmişlidə şəhid ailələri, Qarabağ müharibəsi, Əfqanıstan və Çernobıl əlillərinin sosial problemlərinin həllinə ardıcıl diqqət yetirilir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonda bu qəbildən olan adamlar üçün 16 mənzilli yaşayış binasının tikintisi sürətlə aparılır. Podratçı "Qaraçay" tikinti şirkətinin "Bios" firması obyekti bu ilin sonunadək təhvil verməyi nəzərdə tutur.
Xatırladaq ki, rayonda daha bir 16 mənzilli yaşayış binasının da inşasına başlanmışdır. İcraçı təşkilat olan "Orion-1" Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti işlərini gələn ilin birinci yarısında tamamlayacaq.