Şəhid Etibar Bəkirova məxsus materiallar Tarix Muzeyinin Vətən müharibəsi fondunda
Bakı, 9 sentyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsi şəhidi Etibar Bəkirova aid materiallar - hərbi geyim, rəngli fotoşəkil, onun haqqında qəzetlərdə dərc olunan məlumatlar və s. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
E.Bəkirov 1964-cü ildə Bakı şəhərində anadan olub. O, 1971-1981-ci illərdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 104 nömrəli tam orta məktəbdə təhsil alıb. Etibar Bəkirov Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olub və Birinci Qarabağ müharibəsində düşmənə qarşı fədakarlıqla döyüşüb, 1994-cü ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]