Şəhid Sənan Məmmədovun ad günü qeyd olunub
Bakı, 27 iyul, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Sənan Tehran oğlu Məmmədovun ad günü Göyçay rayonunun Çaxırlı kəndində məzarı önündə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə şəhid Sənan Məmmədovun qısa və şərəfli həyat yolundan danışılıb. Vurğulanıb ki, o, Vətən müharibəsi başlananda döyüşlərə qatılıb, şərəflə vuruşub. Təəssüf ki, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.