Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Sərxan Köklərovun qızı: Atamla qürur duyuram, ona şeirlər də yazmışam

Balakən, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər. Onların əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur və heç vaxt yaddaşlardan silinməyəcək. Belə qəhrəman Vətən oğullarından biri də 2023-cü il sentyabrın 19-da başlanan antiterror tədbirlərində Ağdərədə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Balakən rayonundan olan Sərxan Köklərovdur.

AZƏRTAC-ın bölgə müxbiri antiterror tədbirlərinin ildönümü ərəfəsində şəhidin doğulduğu kənddə olub, ailə üzvləri ilə söhbət edib, onun xatirəsinə yaradılmış muzeylə tanış olub.

Sərxan Köklərov 1987-ci il iyunun 9-da Balakən rayonunun Tülü kəndində anadan olub. Evli idi, 3 övladı yadigar qalıb.

Sərxan 2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-ci ildə hərbi xidməti tamamladıqdan sonra ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - MAHHXHQ kimi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin tibb məntəqəsində sanitar sürücü vəzifəsində xidmət edən əsgər Sərxan Köklərov 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qəsəbənin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Sərxan daha sonra 2023-cü il sentyabrın 19-da başlanan və cəmi 24 saat davam edən antiterror tədbirlərində iştirak edib, Ağdərədə gedən döyüşlər zamanı ağır yaralanıb, bir neçə gün sonra şəhadətə qovuşub. O, Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin 2023-cü il 7 oktyabr tarixli Sərəncamına əsasən Sərxan Köklərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin qardaşı Absaləddin Köklərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində antiterror əməliyyatı zamanı qardaşı ilə eyni gündə şəhid olan qəhrəman oğulların hamısını özünə qardaş hesab etdiyini vurğulayıb: “Qardaşım 16 il 4 ay hərbidə xidmət edib. Qüsursuz xidmətlərinə görə bir çox təltifləri olub, medallar alıb. Torpaqlarımzın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərib, düşmən gülləsinə, mərmisinə tuş gəlməkdən qorxmayaraq öz sanitar maşını ilə onlarla yaralını döyüş bölgəsindən çıxarıb. Qardaşım şəhid olandan sonra qərara gəldim ki, onun xatirəsinə muzey yaradım. İstəyirəm ki, şəhidlər heç zaman unudulmasın, qoy onları hamı tanısın. Həyətimizdə, evimizin yanında belə bir muzey yaratdım. Bu muzey qardaşıma, həmçinin onunla eyni gündə şəhid olan qəhrəmanlarımıza aiddir və burada antiterror əməliyyatı zamanı şəhid olan igid oğullarımızın hamısının şəkli var. Eyni zamanda, 44 günlük Vətən müharibəsində şəhid olan balakənlilər üçün də muzeydə ayrıca guşə yaratmışam”.

Qeyd edək ki, məktəblilər, gənclər vaxtaşırı olaraq muzeyi ziyarət edir, şəhidlərin həyat yolu, qəhrəmanlığı ilə tanış olurlar. Muzeydə vətənpərvərlik mövzusunda tədbirlər də keçirilir.

Şəhidin anası Xalisə Köklərova övladı haqqında xatirələrini bölüşərək deyib: “Mənim dörd oğlum var. Sərxan övladlarımın ən kiçiyi, sonbeşiyim idi. Əsgəri xidməti başa vurduqdan sonra mənə dedi ki, icazə ver, gedib hərbidə işləyim. Əvvəl razı olmadım. Çox israr etdikdən sonra razılıq verdim. 16 il idi ki, hərbidə idi. Ailəsinə çox bağlı idi, uşaqlarını çox istəyirdi. Qardaşları ilə də yaxşı yola gedirdi. Bir oğlu, iki qızı var. Axır vaxtlar elə bil ürəyinə nəsə dammışdı. Qardaşı Absaləddinə zəng edib demişdi ki, balalarımı sənə əmanət edirəm, oğlum Yusifə yaxşı baxarsan. Antiterror əməliyyatı vaxtı, sentyabrın 19-da gəlin gəlib dedi ki, ay ana, deyəsən yenə müharibə başlayıb. Dedim ola bilməz. Tez hamımız televizorun qarşısına keçib “Xəbərlər” proqramına baxdıq. Bir azdan Sərxanın öz telefonundan bizə zəng gəldi. Sevinib tez telefonu açdıq, səs onun deyildi. Dedilər ki, Sərxan yaralanıb. Tanrıya dua edirdik ki, Sərxan tez sağalsın. Sentyabrın 24-də şəhid olması barədə xəbər aldıq. Qardaşından soruşublar ki, harada dəfn edək. Deyib ki, şəhidin yeri Şəhidlər xiyabanıdır”.

Şəhidin həyat yoldaşı Günel Köklərova Sərxan haqqında danışarkən kövrəlir: “Üç nəfər yadigar qoyub getdi. Sentyabrın 19-da mənə zəng edib dedi ki, uşaqları sənə tapşırıram, onlar sənə əmanətdir. Qalan şeyləri də əmisinə tapşırmışam. Balaca Yusifimə də yaxşı baxarsan. Tapşırdı ki, özü zəng etməsə, ona zəng etməyək. Son kəlməsi bu oldu”.

Sərxanın çox ailəcanlı olduğunu qeyd edən Günel deyib: “Tez-tez zəng edərdi, uşaqları ilə maraqlanardı. Həftənin sonları gələrdi, uşaqları aparardı, gəzdirərdi. Son vaxtlar onları tez-tez Şəhidlər xiyabanına ziyarətə aparırdı. Uşaqlara deyirdi ki, burada yatanlar da bizim qardaşlarımızdır, Vətən uğrunda şəhid olublar. Qızlar başa düşürlər, deyirlər atam bizə göylərdən baxır. Biz yaxşı oxumalıyıq ki, atamızın ruhu şad olsun”.

Şəhidin böyük qızı Aysu bu il 4-cü sinfə gedir. Atası ilə qürur duyduğunu bildirən şəhid qızı deyib: “Atam bizi çox istəyirdi. Hər gün anama, nənəmə zəng edib soruşurdu ki, mənim balalarım, oğlum, qızlarım necədir? Yaxşıdırlarmı, onlara yaxşı baxın. Mən atamla fəxr eləyirəm. O, bizi göylərdən izləyir. Ona şeirlər də yazmışam:

Toxunmayın qəlbimə mənim,
Ağlayın siz də dərdimə mənim,
Şəhid olub axı atam mənim,
Mən şəhid qızıyam!
 
Ata, gəlmişəm məzarının başına,
Nə olar, qıyma qızının göz yaşına,
Nələr gəldi səndən sonra başıma,
Dur gedək, ay ata, qurbanın olum!
 

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir