ŞƏHİDLƏRİN XATİRƏSİ ƏZİZ TUTULUR
AZƏRTAC xəbər verir ki, Zərdab rayonundakı Əlibəyli kəndinin üç yetirməsi – Əfrayıl Sadıqov, Bəhruz Hüseynov və Münasib Sadıqov on bir il əvvəl, yəni 1993-cü ilin yanvar ayında Qarabağ uğrunda gedən döyüşlərdə igidliklə şəhid olmuşlar. Kənd sakinləri şəhid həmyerlilərinin xatirəsini onların məzarları önündə böyük ehtiramla yad etmişlər, ailələrində olmuşlar.
Kənd məktəbində şəhidlərin xatirə guşəsi yaradılmışdır.