Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Bakı, 26 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin əməkdaşları abidənin önünə tər gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.