SƏHMDARLARIN İLLİK TOPLANTISI KEÇİRİLMİŞDİR
Səhmdar cəmiyyətin 600-dən çox üzvünün iştirak etdiyi toplantıda idarə heyətinin sədri Rüfət Quliyev 2002-ci ildə müəssisənin gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 1999-cu ildən fəaliyyət göstərən müəssisəyə 65 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Müəssisə 1999-cü ildən 2003-cü ilin yanvarın 1-dək dövlət büdcəsinə və büdcədənkənar fondlara 170 milyard manatdan çox vəsait köçürmüşdür. Bu, qeyri-neft sektorunda ən yüksək göstəricilərdən biridir.
Cəmiyyətdə 2002-ci ildə 163,9 milyard manatlıq süzgəcli siqaret istehsal olunmuş və 15 xarici ölkənin bazarına 55 milyard manatlıq siqaret çıxarılmışdır. Müəssisənin marketinq sistemi daxilində ölkə üzrə 10 zona anbarı və 7 minə yaxın pərakəndə satış məntəqəsi yaradılmışdır. Müəssisə 2002-ci ildə 4,4 milyard manat xalis mənfəət əldə etmişdir.
Axırda mənfəətin səhmdarlar arasında divident kimi bölüşdürüləcəyi və 2003-cü ilin yekun hesabatının bu ilin sonlarında açıqlanacağı bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]