Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunlarında rapid turnirinin qalibi olub
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çinin Xuayan şəhərində keçirilən Dünya İntellektual Oyunlarında rapid yarışlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə Azərbaycan nümayəndəsi kubalı Lenyer Dominqes ilə heç-heçə oynayıb, çinli Lijen Dinqə və polyak Radoslav Voytaşekə qalib gəlib, tay-breykdə isə Ukrayna nümayəndəsi Ruslan Ponomaryovdan daha güclü olduğunu sübut edib. Beləliklə, Məmmədyarov bu yarışlarda 5 xal toplayaraq birinci yeri tutub. İkinci yerə Ponomaryov, üçüncü yerə Lenyer Dominqes, dördüncü yerə isə çinli Van Hao çıxıb.
Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədov 3,5 xal toplayaraq səkkizinci yerlə kifayətlənməli olub.
Xatırladaq ki, 43 ölkədən 143 oyunçunun iştirak etdiyi Dünya İntellektual Oyunlarında şahmat, qo, Çin şahmatı, bric və dama üzrə ən güclü oyunçular müəyyən edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]