Şəhriyar Məmmədyarov “La ville d'Orsay” turnirində iştirak edəcək
Bakı, 7 fevral, AZƏRTAC
Bu gün Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə “La ville d'Orsay” onlayn şahmat turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, 294 şahmatçının mübarizəyə qoşulacağı yarışda Azərbaycanı turnirdə ölkənin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, yığmamızın digər aparıcı üzvü Rauf Məmmədov, Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev, Kənan Qarayev, Nərmin Xələfova, İdris Əsədzadə, Xan və Səid Əliyarlılar təmsil edəcəklər. Bundan əlavə, yarışda ABŞ şahmatçısı Qata Kamskiy, fransalı Maksim-Vaşye Laqrav, iranlı Parham Maqsudlu, Gürcüstan təmsilçiləri İvan Çeparinov və Baadur Jobava kimi tanınmış şahmatçılar da iştirak edəcəklər.
Yarış 18:00-da start götürəcək. Turnir İsveçrə sistemi üzrə oynanılacaq və 11 turdan ibarət olacaq. “Tournoi d'échecs La ville d'Orsay” turnirin mükafat fondu 1300 avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]