Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, yarışmada, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.
Superturnirin açılışı martın 1-də olacaq. Martın 2-dən 4-dək keçiriləcək rapid və martın 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.
Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]