ŞƏKİ TAXILININ ALICILARI ARTIR
Azərbaycan Prezidenti Heydər Əliyevin ötən ay Şəkidə keçirdiyi görüşlərdə qaldırılan problemlərdən biri də rayonda yetişdirilən taxılın satışı ilə bağlı idi.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a demişlər ki, həmin görüşlərdən ötən qısa vaxt ərzində ölkəmizdə Şəki taxılına böyük tələbat olduğu aydınlaşmış, rayon fermerləri respublikanın müxtəlif bölgələrindən sifarişlər almışlar. “Bakı-taxıl”, “Siyəzən - broyler” Açıq Tipli Səhmdar Cəmiyyətləri, “Rusel”, “Karat” kiçik müəssisələri, Mingəçevir un kombinatı xammala olan tələbatını ödəmək üçün Şəki taxılçıları ilə işgüzar əlaqələr qurmuş, gələn ilin məhsulu üçün indidən müqavilələr bağlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]