Şəki teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək
Şəki, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün rus müəllif Vladimir Yansyukeviçin (tərcümə edəni Lalə Məmmədova) nağılı əsasında “Oyuncaqların qış nağılı” adlı tamaşa hazırlanır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Nağıl-tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Arzu Mustafayeva, Nərmin Abbasova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Azad Məmmədov, Nazilə İmamhüseynova, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Sənubər İsrafilova və Gülxar İmamhüseynova ifa edirlər.
Teatrda Yeni il şənlikləri gün ərzində 4 seans olmaqla, dekabrın 28-dən 30-dək və yanvarın 1-dən 5-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO
- 05.10.2026 [14:27]