CƏMİYYƏT
Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə oktyabrın 26-da Şəki şəhəri ərazisində üç avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciətlər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.