İQTİSADİYYAT
ŞƏKİDƏ SAHİBKARLAR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
İqtisadi Tədqiqatlar Mərkəzi İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Şəki şəhərində “Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü sahibkarlara nə vəd edir?” mövzusunda seminar keçirmişdir. Şəki Regional Biznes Tədris Mərkəzində keçirilən tədbirdə yerli sahibkarlarla yanaşı, dövlət orqanlarının, beynəlxalq təşkilatların nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminarda “Dünya Ticarət Təşkilatı (DTT) nədir?”, “DTT-yə üzvlük sahibkarlara nə vəd edir?”, “DTT erasının sahibkarlara təsiri: MDB ölkələrinin təcrübəsi” və digər mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
İki gün davam edən seminarın sonunda iştirakçılara sertifikatlar verilmişdir.