ŞƏKİNİN OXUD KƏND YENİ MƏKTƏBİ İSTİFADƏYƏ VERİLDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni məktəb binasının açılışı münasibətilə təşkil olunan mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, respublika Ədliyyə Nazirliyinin, Azərbaycan Beynəlxalq Bankının, tikintini həyata keçirən müəssisələrin nümayəndələri, habelə, kənd sakinləri və məktəb kollektivi iştirak etmişdir. Mərasimdə çıxış edən natiqlər ucqar kənd yerlərində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirləri ürəkdən alqışlamış və obyektin qısa müddətdə təhvil verilməsində əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını bildirmişlər.
Məktəbin açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yeni təhsil kompleksində şagirdlərin təlim-tərbiyəsi üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, ayrı-ayrı fənn kabinələrinə baxmışlar.
Yeni məktəbdə 750 nəfərdən çox şagird təhsil alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]