Səkkiz ayda Aktau–Bakı fider xətti üzrə 9 minədək konteyner daşınıb
Nur-Sultan, 8 sentyabr, AZƏRTAC
Qazaxıstanın Aktau və Kurık dəniz limanları vasitəsilə cari ilin 8 ayı ərzində 3,8 milyon tondan çox yük daşınıb. Artım yük nəqliyyat vasitələrinin və konteynerlərin yenidən yüklənmə həcmləri baxımından qeyd olunur.
AZƏRTAC Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə yerli ticarət donanması tərəfindən Xəzəryanı ölkələrin limanlari arasında 1,5 milyon ton yük daşınıb. O cümlədən bu dövrdə Aktau-Bakı fider xətti üzrə 9 minə yaxın konteyner daşınıb.
Bundan başqa, daxili yük daşımalarının həcmi təxminən 1,3 milyon ton təşkil edib ki, bunun da 200 min tonu Rusiya istiqamətində daşımaların payına düşüb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]