ŞEKSPİRİN AZTANINAN PYESİ SƏHNƏLƏŞDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı teatrsevərləri oktyabrın ilk günlərində dahi Şekspirin aztanınan “Afinalı Timon” pyesinin tamaşasına baxa biləcəklər. Əsəri Azərbaycan dilinə filologiya elmləri doktoru İsrafil İsrafilov tərcümə etmişdir.
Teatr Xadimləri İttifaqının, “Procent” Prodüser Mərkəzinin və “Zəfər” Teatr Studiyasının irimiqyaslı birgə layihəsi çərçivəsində hazırlanmış tamaşa müxtəlif teatrların aktyorlarının iştirakı ilə antrepriz səhnə əsəri yaratmaq cəhdidir.
“Afinalı Timon” pyesi rejissor A.Nemətovun və baş rola dəvət almış xalq artisti Fuad Poladovun diqqətini qeyri-adiliyi ilə cəlb etmişdir: əsərin qəhrəmanı azad düşüncəli, yüksək mənəvi tələblərə uyğun yaşamağa hazır olan şəxsiyyətdir. O, cəmiyyət tərəfindən başa düşülmür, maddi dəyərlər dalınca qaçan, tamahkarlığa qurşanmış insanları tərk etməyə, onlardan üz çevirməyə məhkumdur.
Bütün bunlara baxmayaraq, ümid doğuran bu səhnə əsəri tamaşaçını mənəviyyat və ədalət normalarını tapdalamadan həyatını necə qurmaq barədə düşünməyə məcbur edir.
Tamaşaya musiqi yazmış bəstəkar Səyavuş Kəriminin, tərtibatçı rəssam Nazim Böyükkişiyevin işini də qeyd etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]